“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.04.2017  15:48 

Hövsanda 70 ailə çıxılmaz vəziyyətdə: Beşmərtəbəli bina hər an çökə bilər - VİDEO





A+  A-

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 34 saylı yataqxana qəzalı vəziyyətdədir. Sakinlərin dediyinə görə, 1960-cı illərdə inşa edilən bina uçmaq təhlükəsi altındadır. Artıq binanın birinci mərtəbəsindəki pilləkənlər uçub-dağılıb. Sakinlər evlərinə getməyə çətinlik çəkirlər.
XəzərNews.az bildirir ki, Musavat.com-un müxbiri qəzalı binanın sakinləri ilə görüşüb. İki gündür ardıcıl olaraq etiraz aksiyası keçirən sakinlər problemlərini danışıblar.

Sakinlərin dediyinə görə, valideynlər hər gün səhər saatlarında məktəbli uşaqları dəmir lövhələrin üzərindən keçirirlər.Yaşlılar isə bəzən günlərlə evdən bayıra çıxa bilmirlər. Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı qərar çıxarsa da, buradakı ailələr köçürülməyib. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların problemləri həll edilməyib.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.








Xəbər 2609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +