“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.02.2017  15:03 

"Bu iddialar tamamilə əsassızdır" - XİN-dən Lapşin AÇIQLAMASI





A+  A-


Ermənistan təbliğatının, bəzi dairələrin, o cümlədən ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviçin "Tvitter" profili vasitəsilə Aleksandr Lapşinin işini media azadlığı və ya hərəkət azadlığı ilə əlaqələndirməsi tamamilə əsassız iddiadır.

XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, A.Lapşin barəsində cinayət işinin açılması və dövlətlərarası sənədlərə uyğun olaraq Azərbaycana ekstradisiyası qanunun aliliyinin təntənəsidir: "Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin pozulması hallarının qarşısının alınması istiqamətində mühüm addım və nümunədir. Bu, eyni zamanda, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil etmək və sonradan bu şəxsləri özünün çirkin təbliğat obyektinə çevirmək cəhdlərinin iflasıdır".

XİN rəsmisi bildirib ki, əcnəbi vətəndaşları cinayət tərkibli əməllərə sövq edən Ermənistanın indi A.Lapşinin işinə media və ya hərəkət azadlığı donu geyindirmək cəhdləri cəfəngiyat və gülüncdür: "ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviçi isə mandatına zidd olaraq, konkret cinayət tərkibli əməlləri Ermənistanın mənfur təbliğatına uyaraq “media azadlığı” kimi qələmə vermək və siyasiləşdirmək cəhdlərindən kənar durmağa çağırırıq. Dunya Miyatoviçin yadına onun özünün sədrliyi ilə 6-7 iyul 2016-cı il tarixində Tbilisidə keçirilmiş Qafqaz media konfransında Ermənistan nümayəndə heyətinin münaqişə ərazilərinə media təmsilçilərinin səfərləri ilə bağlı təxribatçı təklifinin rədd edilməsini salmaq istərdik. Onu da qeyd edək ki, bloqer adına iddia etmək heç kimə qanunu pozmaq və ya toxunulmazlıq hüququ vermək demək deyil. Bundan əlavə, A.Lapşinə qarşı açılmış cinayət işinin onun “bloqer” adlandırılan fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".



Xəbər 889 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +