“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


08.07.2022  22:20 

Mirkazım Seyidov və Əziz Orucov kimin hədəfində?





A+  A-

Yazıçı-publisist Mirkazım Seyidov iyulun 8-də paytaxtın Nərimanov rayonu ərazisində hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, metronun “Nərimanov” stansiyasının yaxınlığındakı parka daxil olarkən tanımadığı iki nəfər qəfildən hücum edərək, ona küt alətlə xəsarət yetirib. Yarım saata yaxın Mirkazım Seyidovun qolundan axan qanı saxlamaq mümkün olmayıb. Yaxınlıqdakı kafenin işçilərinin aprekdən aldığı tibbi vastələrlə ona ilkin yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

“Mirkazım Seyidovun qoluna 6 tikiş qoyulsa da, qan dayanmayıb. O, özəl xəstəxanalardan birində əməliyyata götürülüb”, – “Prime TV”nin rəhbəri Aygün Muradxanlı bildirib.

Hadisədən sonra canlı yayımda üstü qan içində olan Mirkazım Seyidov başına gələnlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu ittiham edib. O bildirib ki, bir gün öncə “Prime TV”-də Vasif Talıbov haqqında kəskin fikirlər səsləndirib:

“Dünən “Prime TV”də Naxçıvanın Vasif Talıbov tərəfindən kürdləşdirildiyini demişdim. Bu gün onun əlaltıları məni bu vəziyyətə salıb. Mən Cavadzadə adına xəstəxanadan çıxıb Montin tərəfə getdim. Parka daxil olanda iki nəfər mənə hücum edərək, küt alətlə qoluma xəsarət yetirdi…”.

Media ilə bağlı başqa bir hadisə isə paytaxtın mərkəzində – metronun “Sahil” stansiyasının yaxınlığındakı parkda “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı baş verib. Onun bildirdiyinə görə, iyulun 7-də axşam saat 19.30 radələrində ailəsilə birlikdə Sahil parkında gəzərkən 30-35 yaşlı bir nəfər yaxınlaşıb:

“Əvvəlcə uşağı öpürmüş kimi davrandı, daha sonra mənə tərəf döndü. Sanki bu adamı əvvəl haradas dəfələrlə görmüşəm, amma xatırlaya bilmədim. Mənə baxıb, onu tanıyıb-tanımadığımı soruşdu. Dedim ki, tanımadım, amma tanış gəlir. Qayıtdı ki, “mən isə səni yaxşı tanıyıram”. Soruşdum ki, kimsən? Dedi ki, “bu uşaq olmasaydı, bilərdin, hər şey qurban uşağa”. Ona dedim ki, Allah sənin də balalarını qorusun. Cavabında dedi ki, “mən Allah-zad tanımıram”. Ardınca da Allahı təhqir elədi, mənə də xəbərdarlıq eləyib dedi ki, “bir də belə eləsən, bilirsən nə olacaq”. Bunu deyib, çıxıb getdi. Bu adamın sifəti çox tanış gəldi. Onu ancaq küçədə, yolda gördüyümü düşünürəm”.

Əziz Orucov vurğulayıb ki, kimsə ilə şəxsi zəmində problemi yoxdur. O əmindir ki, həmin şəxsi onun yanına göndərən var və məqsəd də təhdid eləməkdir.

“Bu hadisə daha əvvəl olsaydı, əhəmiyyət verməzdim. Amma indi bunun Tofiq Yaqubluya, Bəxtiyar Hacıyevə, Aytən Məmmədovaya qarşı törədilən cinayət hadisələrinin davamı olduğunu düşünürəm”, – Əziz Orucov bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əziz Orucovun şikayəti üzrə artıq araşdırma başlanıb.

“Mirkazım Seyidovla bağlı məsələ də aidiyyəti üzrə məruzə olunub, araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, təfərrüatları məlum olacaq”, – nazirlikdən bildirilib.

İki ay öncə – mayın 8-də jurnalist Aytən Məmmədova da yaşadığı binanın liftində boğazına kəsici-deşici alət dirənməklə təhdid olunmuşdu. Ona qarşı baş vermiş cinayət faktıyla əlaqədar Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə cinayət işi başlansa da, hələ ki, cinayəti törədən şəxs və ya şəxslər tapılmayıb.

Jurnalistə qarşı bu hadisədən də təxminən 20 gün öncə ictimai fəal Bəxtiyar Hacıyev küçədə gedərkən oğurlanmış, zorakılığa məruz qalmış və təhdid olunmuşdu. Həmin faktla bağlı da Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Lakin cinayəti törədənlər məsuliyyətə cəlb olunmayıb./Meydan TV

Xəbər 1727 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +