Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


13.07.2021  12:57 

COVID-19 sertifikatları artıq “myGov”da





A+  A-

COVID-19 sertifikatları “myGov.az” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
XəzərNews.az xəbər verir ki, vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər.

Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür.

“myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb.

İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Vaksin sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur. Vaksin sertifikatında sənədin nömrəsi və verilmə tarixi, həmçinin vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), birinci doza, ikinci doza haqqında məlumatlar və QR kod öz əksini tapıb.

İmmunitet sertifikatında isə sənədin nömrəsi və verilmə tarixi, vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), testin adı, son pozitiv nəticənin tarixi, qüvvədə olma müddəti haqqında məlumatlar və QR kod yerləşdirilib.

“Android” və “iOS” əməliyyat sistemi istifadəçiləri COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” mobil tətbiqindən də baxa bilərlər.

Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərə dair vətəndaşlar arasında mütəmadi olaraq sorğular aparır, toplanan rəy və təklifləri təhlil edərək, təkmilləşdirmə işləri həyata keçirir. Bu rəy və təkliflərin təhlili nəticəsində “myGov” mobil tətbiqində bir sıra yeniliklər vətəndaşların sərəncamına təqdim edilib.

Belə ki, “ASAN ödəniş” mobil tətbiqi üzrə bir sıra ödənişlərin “myGov” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Həmçinin, vətəndaşlara “myGov”da “daşınmaz əmlak məlumatlarım” bölməsində daşınmaz əmlak haqqında məlumatları yükləmək imkanı yaradılıb, mobil tətbiqin dizaynında bir sıra yeniliklər tətbiq olunub.

Xəbər 1683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +