Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


17.03.2021  17:56 

Son 29 ildə Ermənistan əhalisinin sayı 700 min nəfərədək azalıb - Statistika





A+  A-

Son 29 ildə Ermənistan əhalisinin sayı 700 min nəfərədək azalıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə demoqraifk böhranın əsas faktoru kimi doğum sayının aşağı olması və miqrasiya göstərilir.

Belə ki, 1992-ci ilin əvvəlində Ermənistan əhalisinin sayı 3 milyon 633,3 min nəfər təşkil edib. 2020-ci ilin dördüncü rübündə bu rəqəm 2 milyon 967,9 min nəfər olub. Son 29 il ərzində ölkədə faktiki olaraq hər il əhalinin sayı azalıb. Müstəqillik illərində Ermənistana gələnlərin sayı ölkədən gedənlərin sayından az olub.

2020-ci ildə ölkəni tərk edənlərin 90%-i Rusiyaya yollanıb. Onların yalnız 50,4%-i 3 və ya daha çox aydan sonra Ermənistana qayıdıb.

Bundan başqa, əgər Ermənistanda 1991-ci ildə 77 min uşaq doğulubsa, 2020-ci ildə 36 448 uşaq dünyaya gəlib. Ölkədə doğum nisbəti 1,7-dir, yəni çox sayda ailənin ikinci uşağı belə yoxdur.

Xəbər 1285 dəfə oxunub.




24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +