Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


18.09.2019  11:43 

Komitə sədri: “Meyitdən və sağlam insandan orqan köçürüləcək”





A+  A-

““İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi artıq hazırdır. Qanun layihəsini bütün müvafiq qurumlara göndərmişik. Onlardan müsbət rəy almışıq. Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Adətən payız sessiyasında büdcənin müzakirəsini aparırıq. Ancaq çalışacağıq ki, bu sessiyada müzakirəyə çıxaraq”.
XəzərNews.az bildirir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, belə bir qanun Azərbaycanda əvvəllər də olub:

“Ancaq parktik olaraq işləməyib. Öncə o qanun layihəsində dəyişiklik etmək istədik. Ancaq gördük ki, məsələ təkcə dəyişikliklə başa gəlmir. Ona görə də yeni qanun layihəsi hazırladıq. Bu, çox vacib məsələdir. Həm meyitdən, həm də sağlam insandan orqan köçürülməsi həyata keçiriləcək. Ümumilikdə bu qanun layihəsində orqan transplantasiyasında olan bütün problemlər öz əksini tapıb”.

Xəbər 1079 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +