Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


21.05.2018  15:49 

Neftçala yollarına ayrılan pullar kimin cibinə axır?





A+  A-

Neftçala rayonunda bir qarış normal asfalt olmadığı halda, yol idarəsi müdiri və oğlu milyonçu kimi yaşayır.
50 saylı Yol İstismar İdarəsi rəisi Füzuli Babayev rayonda çəkilməyən yolların pullarını silib.

Bunun nəticəsidir ki, F.Babayev nazir kimi yaşayır: biznes, mal-mülk, bahalı maşınlar, hər gün restoranlarda ziyafət…

Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər Neftçala yol idarəsi rəisindən hesabat tələb etməyib.

Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfalt sovet dövründə görüblər.

Son dövrlərdə isə idarəyə pul ayrılmadığı üçün F.Babayev “kasıblayıb”.

İndi onun başı bahalı avtomobil kolleksiyası, evləri, asfalt zavoduna qarışıb.

XəzərNews.az Haqqınaz.org-a istinadən xəbər verir ki, Füzuli Babayev idarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə imkanlı şəxslərə satır. Məsələn ara küçələrdə bir qarış asfalt olmadığı halda imkanlı şəxslərin dükanlarının qarşısını asfalt edərək Füzuli Babayev ticarətlə məşğul olur.

Əmək haqqısı 500 manat olan bir məmurun avtomobillərinə 150 min manat xərcləməsi Füzuli Babayev in sıradan bir korrupsioner olmadığına dəlalət edir.

Agentlik rəhbəri Saleh Məmmədov bu quruma rəhbərlik etdiyi dövrdən heç bir islahat, müsbət addım atmayıb. Hələ də rayonlarda yol istismar idarələri büdcə pullarını istismar etməkdədirlər.

S.Məmmədovun bu hallara göz yumması ya əlbir olduqlarından irəli gəlir, yaxud da ondan xəbərsiz maxinasiyalar reallaşır. Hərçənd, ikinci versiya inandırıcı görünmür.

KİV yazır ki, Füzuli Babayev in Bakı şəhərində 3 evi olduğu bildirilir. Prezident məmurlara dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar korrupsiya və rüşvətdən əldə etdikləri pulla kasıb vətəndaşlara göz dağı verməkdə davam edirlər.

Bunun göstəricidir ki, Füzuli Babayev özünə və oğlu Ruslan Babayev ə hər ay bir maşın alır.Bir qayda olaraq Neftçala rayonunda həyata keçirilən yol təmir tikinti işlərinin tender satışı rayon icra hakimiyyəti vasitəsi ilə məhz Füzuli Babayev 50 saylı Yol İstismar İdarəsinə və ona məxsus MMC şirkətinə verilir.

Son 5 ildə 50 saylı Yol istismar İdarəsi milyonlarla manatlıq tenderin qalibi olub.

Bir çox tenderlərdə isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi dəfələrlə mətbuat orqanlarında işıqlandırılıb. Belə bir məmurun vəzifədə saxlanması büdcəyə xəyanətdir.

Ümumiyyətlə, S.Məmmədov yol istismar idarələrini ləğv edərək yeni sistem yaratmalıdır. Bu idarələr dövlətin pullarını şəxsi işlərinə xərcləyir. Odur ki, rayonlarda yollar bərbad gündədir

Gələn yazımızda Füzuli Babayevin idarə müdiri olmamışdan əvvəl Sədərək ticarət mərkəzində hansı ticarətlə məşğul olmasından nə satmasından yazı dərc edəcəyik.

Xəbər 3992 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +