Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


20.04.2023  12:11 

Mübariz Qurbanlı da yola salınır





A+  A-

Azərbaycan hakimiyyətində anons edilən kadr dəyişikliklərinə artıq start verilib. Bir gündə iki yeni simanın - Adil Kərimli və Məcnun Məmmədovun nazir postuna təyinat alması gözlənilən islahatların tərkib hissəsi sayıla bilər.

Hakim elitanın dəyişəcəyi ilə bağlı gözləntilər çoxdan mövcuddur. Bu sırada ilk yeri çoxillik staja malik olan “köhnə qvardiya” təmsilçilərinin tutacağı bildirilir. Yaşlı nazirlərin, komitə sədrlərinin, icra başçılarının və digər vəzifəli şəxslərin bir-birinin ardınca kürsülərini gənc və savadlı kadrlara təhvil verməsi gözlənilir.

Qeyd edək ki, “köhnə qvardiyanın” parlaq simalarından biri - Ali Məhkəmənin 70 yaşlı keçmiş sədri Ramiz Rzayev bir müddət əvvəl istirahətə yola salındı. Rzayevin ardınca hansı yüksək rütbəli məmurların postunu itirəcəyi böyük maraq doğurur.

“Yeni Sabah” bununla bağlı maraqlı məlumat əldə edib. Xəbərə görə, “çamadan əhval-ruhiyyəsi”ndə olan növbəti məmur Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır. 70 yaşlı komitə sədrinin postunu tezliklə gənc və bacarıqlı kadrlardan birinə təhvil verəcəyi gözlənilir.

Xatırladaq ki, M. Qurbanlı bu vəzifəyə 2014-cü ildə təyinat alıb. O, 9 ildir ki, kifayət qədər strateji qurum sayılan DQİDK-ə rəhbərlik edib. 70 yaşlı komitə sədrinin vəzifəsinin öhdəsindən layiqincə gələn dövlət məmuru saymaq mümkün deyil. Son vaxtlar gərginləşən İran-Azərbaycan münasibətləri fonunda M. Qurbanlının və rəhbərlik etdiyi qurumun fəaliyyətsizliyi üzə çıxdı. Məlum oldu ki, Dövlət Komitəsinin bəzi əməkdaşlarının səhlənkarlığı üzündən İran Azərbaycan məscidlərində öz adamlarını yerləşdirməyə nail olub. Maraqlıdır ki, bu faktı Mübariz Qurbanlı özü də inkar etmir. O, bir müddət əvvəl çıxışlarının birində İrana işlədiyinə görə 118 azərbaycanlı din xadiminin məscidlərdəki vəzifəsindən uzaqlaşdırıldığını etiraf etmişdi.

DQİDK-lə bağlı növbəti narazılıq isə bu quruma ayrılan vəsaitin düzgün xərclənməməsi ilə bağlıdır. Yerli KİV DQİDK tərəfindən dini maarifçilik məqsədi ilə ayrılmış vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair çoxsaylı iddialarla çıxış edib. Məsələn, bu yaxınlarda məlum oldu ki, Dövlət Komitəsi dini təbliğatla bağlı bir milyon manat dəyəri olan layihənin icrasını turizm fəaliyyəti ilə məşğul olan şirkətə həvalə edib.

Bu kimi halların sayının çox olması Mübariz Qurbanlının istefasını qaçılmaz edib. 70 yaşlı komitə sədrinin yaxın günlərdə postu ilə vidalaşacağına heç bir şübhə yoxdur./Yenisabah.az

Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +