15.02.2017 15:20
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən xəbərə görə, 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı "transfer.edu.az" elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.
2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də "transfer.edu.az" elektron portalı vasitəsilə köçürülməsinə başlanıb. Orta ixtisas təhsili müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiqləyib.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan "transfer.edu.az" portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portal 2016-cı ilin avqust ayında istifadəyə verilib.
|
10.06.2024 13:38
10.06.2024 12:40
10.06.2024 11:48
10.06.2024 11:43
09.06.2024 18:10
09.06.2024 10:34
09.06.2024 09:26
07.06.2024 19:29
07.06.2024 13:34
SOCAR-a hücum, Türkiyə və Borçalıda anti-Azərbaycan təbliğatının arxasında kimlər durur? - CAVAB
06.06.2024 18:17
06.06.2024 17:45
06.06.2024 13:35
06.06.2024 12:36
06.06.2024 12:06
Diaspora Komitəsi saymamazlıq edir, aramıza nifaq salır -Video
05.06.2024 14:34
04.06.2024 17:54
MEK-də təlim keçən bir qrup gənc sertifikatla təltif olunub -Fotolar
04.06.2024 15:37
04.06.2024 11:29
04.06.2024 11:18
Qadınların fəallığına kişilər mane olur - Qadınlar Şurasının sədri
03.06.2024 13:46
Bəşər Əsəd İranı kürəyindən vurdu - Çin də ərəblərin yanında
03.06.2024 12:58
03.06.2024 11:45
03.06.2024 11:27
03.06.2024 11:13
03.06.2024 11:00