07.02.2017 18:41
Ukraynada azərbaycanlı diaspor rəhbəri Rövşən Tağıyevlə erməni icma rəhbərinin devrilmiş prezident Yanukoviç tərəfdarlarına qoşularaq yeni partiya yaratması barədə məlumat yayılıb.
Ukraynadakı azərbaycanlıların göndərdiyi məlumata əsasən Rövşən Tağıyev də inqilab yolu ilə devrilmiş prezident Viktor Yanukoviçin tərəfdarlarının ermənilər ilə birgə yeni yaratdığı partiyaya qoşulub. Partiya Viktor Yanukoviçin hakimiyyətində Ukraynanın xarici işlər naziri işləmiş Leonid Kojaranın rəhbərliyi ilə yaradılır. Qeyd edilir ki, bununla bağlı təsis konfransı da keçirilib və partiya bu yaxınlarda rəsmən elan olunacaq. Eks-nazir L.Kojaranın rəhbərliyi ilə keçən tədbirdə Rövşən Tağıyev, onunla yaxın dost olduğu iddia olunan Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyan və digər Yanukoviç tərəfdaları iştirak ediblər. Yeni siyasi partiyanın Rusiyanın dəstəyi ilə yaradıldığı, Yanukoviç tərəfdarlarının bu partiya ilə indiki Ukrayna hakimiyyətinə qarşı yeni siyasi cəbhə açdığı elan olunub. Partiyanın adı Ukrayna Sosial-Demokrat Partiyasıdır. Bildirilir ki, partiya Ukraynada inqilabdan sonra zəifləmiş Rusiya maraqlarını bərpa etməyə xidmət göstərəcək, Avrointeqrasiya əleyhinə siyasi xətt götürəcək.
Sayt məsələ ilə bağlı diaspor rəhbəri Rövşən Tağıyevlə əlazə saxlayıb. Onun yayılan xəbərə cavabı belə olub:
“Çirkin kampaniya ilə bağlı haqqımda yazılanlar mənə maraqlı deyil. Bilirəm ki, bu məsələlər Kiyevə bir nəfər tərəfindən ötürülür. Çünki həmin şəxsin jurnalist dostları var. Hansı ki, yeni il qabağı həmin jurnalistlərə burda yeyib-içmək təşkil edib.
Guya ki, mən erməni diasporunu gedib təbrik etmişəm. Halbuki, bu Bakı restoranında olan azsaylı millətlərin, dövlət məmurlarının iştirakı ilə 45 millətin qatıldığı tədbir idi. Orada erməni diasporunun rəhbəri və digər millətlərin nümayəndələri olub.
Leonid Kojaraya gəlincə, onunla tanışam. O xarici işlər naziri olub. Həmin partiyanı da o yaradıb. Biz partiyanın yaradıcısı deyilik. Sadəcə, ictimai xadim kimi partiyaya dəvət olunmuşuq. Poroşenkonun da partiyası ilə münasibətimiz olub. Haqqımda yayılan informasiyaların arxasında bir azərbaycanlı dayanır. Həmin o şəxs və onun kimi insanlar Azərbaycan dövlətçiliyi adına ləkədirlər”.
Rövşən Tağıyev ermənilərlə birgə olan şəkillərinə də aydınlıq gətirib.
“Şəkilə diqqətlə baxsaz, görərsiniz ki, orada Kojara və 20-dən artıq millətin nümayəndələri var. Mənim də şəklim ola bilər. Bir daha deyirəm ki, həmin şəxsin dəstəyi ilə barlara, saunalara gedən jurnalistlər bu gün mənə qarşı yazılar yazırlar. Sadəcə olaraq, demək istəyirəm ki, haqqımda yazılar yazdıran həmin şəxs, ətrafında olan insanlar Azərbaycan dövlətçiliyinə qarşı müxalifətdə olan insanlardır. Biz burda azərbaycanlı olaraq dövlətimiz adına çalışırıq və xidmət göstəririk”.
(modern.az)
|
31.05.2024 18:48
Almaniyada siyasətçiyə canlı yayımda bıçaqlı hücum: Yaralılar var
31.05.2024 18:32
31.05.2024 17:08
31.05.2024 15:19
30.05.2024 18:23
29.05.2024 23:49
29.05.2024 17:41
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
29.05.2024 16:41
29.05.2024 13:32
“Onlar aparıcı deyil, “opparıcı”dır” - Yusif Ağayevdən sərt sözlər
29.05.2024 11:55
Erməni diasporunun Fransa hakimiyyətinə təzyiqi böyükdür -VİDEO
28.05.2024 16:12
28.05.2024 16:06
27.05.2024 16:14
27.05.2024 16:01
27.05.2024 15:41
“Yaxşı kişi arvadını paylaşmaz” deyənləri tapıb... - Məşhur tiktoker
27.05.2024 15:30
“Gənc fikirləşir ki, 3-4 ay sonra boşanacağamsa, niyə evlənim?”
27.05.2024 10:23
Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi seçilib
26.05.2024 17:17
24.05.2024 19:26
24.05.2024 15:30
24.05.2024 13:29
Təkcə Bakı yox, regionlar üçün də keçərlidir - Bu şəxslərə MÜJDƏ
24.05.2024 12:35
23.05.2024 18:39
23.05.2024 17:24
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
23.05.2024 11:31
23.05.2024 11:28
Blogerlərin, jurnalistlərin öz missiyası var - Elçin Mirzəbəyli
23.05.2024 10:00
22.05.2024 16:08
22.05.2024 13:35