İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.08.2023  22:56 

Dahi Hüseyn Cavid nəyə görə babiliyi qəbul etdi?!





A+  A-

Aydın Xandan növbəti qalmaqallı kulturoloji araşdırma...

Maarifçilik bayrağı altında Azərbaycanın XX əsrin əvvələrində üzdə olan ədəbi-mədəni, ictimai, bir az da siyasi, eləcə də elmi-sosial, hətta dini kəsimi artıq dünyanı tor kimi (sonralar formatını - texnologiyasını İnternet toruna cevirdi) nəzarətinə alan mason hakimiyyətinin/lojalarınin təsirinə düşdülər.

Fikir ayrılığı Şərq böyuk lojasının üç qolunda təmsil olunan şəxslərin şəxsi mənafeyi və təfəkkür fərqinə görə idi.

"Füyuzat", "Molla Nəsrəddin" və əsasən neftxudaları və şairləri ələ almış dini/babilik hərəkatı.

Birincilər Türkiyə, İstanbul, ikincilər Rusiya/Sankt-Peterburq, üçüncülər isə İran - Təbriz masson lojalarının təsir dairəsində idilər.

Böyük Mirzə Cəlilin "Anamın Kitabı" pyesi də bu olayların ədəbi şifrələrini bizə açıq-aydın göstərə bilib.

Yeri gəlmişkən, masonların sıravi adamlarla işləri yox idi və ən maraqlısı odur ki, daşyonanlar təriqətinin kökü də Təbriz bazarlarındakı rəsmi dairələrə müxalifətçilik edən Ərdəbil türk-talış-yəhudi-kurdlərinə (daha sonralar onların bir qismi Seyidlər çevrildi) gedib çıxır.



Güman ki, Anadolu qızıllbaş şiələri, Nəimi-Nəsimi, Xətai - Səfəvilər əsası Ərdəbil dağlarından başlanan qədim sionist- yəhudi-mason supertəriqətinin siyasi texnologiyasından xəbərləri vardı, hardasa İsrail-Azərbaycan əqidə geosiyasi birliyi ərəb-fars-osmanlı hakimiyyətinə qarşı başlanan və sonralar ümumdünya üsthərəkata, gizli dövlət alətinə çevrildi...

Daha sonralar hər iki düşüncə qrupunun əksər üzvləri neo-masonluğun bir forması kimi Ümumdünya dini kimi ortaya atılan babiliyi qəbul etdilər...

Milyonlar vəd edən Bakı nefti və Qafqazdan başlamış, tatarlar, Krım, Türkiyə, Güney Azərbaycan, İran, İrəvan xanlığı, Borçalı və Dərbənd torpaqlarımız, İraq, Suriya kimi geniş coğrafiyadakı insanların düsüncəsinə təsir imkanları olan şairlər, yazıçılar, qəzetçilər masonların diqqətini hələ Bakıxanov və xüsusən də hər iki Azərbaycanı özündə birləşdirən dahi Axundov şəxsində/zamanından cəlb etmişdi...

Maraqlıdır ki, dahi şairimiz Hüseyn Cavid ilkin yaradıcılığı əsasən babiliyin-massonlugun əsas ehkamlarına söykənir: "Mənim Tanrım gözəllikdir" şüarı, donuz otaran bir qıza görə boynuna xaç asan Şeyx Sənan və s.

Maraqlıdır ki, vaxtilə nəhəng Osmanlı imperiyasını məhv etmək sifarişini uğurla yerinə yetirən, 33-cü dərəcəyə çatmasına az qalmış lojanın məkrli planını anlayan, onun dəhşətli əmrlərinə tabe olmayan və buna görə də aradan götürülən Atatürk kimi, Cavid də vaxtında ayıldı.

Babiliyi/masonluğu romantik millətçilik, siyasi turançılıqla əvəzləyən Cavidi, sözsüz, o dövrün masonları bağıslaya bilməzdi: gürcü yəhudisi Stalin və Quba yəhudisi Bağırov elə ilk imkandaca Cavidi məhv etdi.

Hətta, oğluna da rəhm etmədilər...

Aydın Xan
Kulturoloq


Xəbər 769 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +