İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.08.2023  16:38 

“Nar” “YAŞAT” düşərgəsində iştirak edib





A+  A-

“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən üçüncü “YAŞAT” düşərgəsində iştirak edib. “Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş səhid övladlarının yay tətillərinin səmərəli keçirilməsinə və onların şəxsi inkişaflarına dəstək olmaqdır.

XəzərNews.az xəbər verir ki, mobil operator düşərgənin 3-cü həftəsində 40-dan çox iştirakçı üçün Diksiya Akademiyası ilə birgə Azərbaycan dilində səlis nitq bacarıqları üzrə interaktiv təlim təşkil edib, uğurlu çıxışların ən vacib elementləri öyrədilib.

Təlimin sonunda iştirakçılara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Nar” şəhid övladlarının təhsilinə dəstək istiqamətində müxtəlif təqaüd proqramları həyata keçirmiş və sosial layihələrə müəlliflik etmişdir. Layihələr haqqında daha ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbər 505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +