İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.06.2023  14:45 

“Ola bilsin ki, quru sərhədləri açılsın” - Deputat





A+  A-

Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq “Ümumidünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Razi Nurullayev çıxış edib.

“Amma, zənnimcə quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərinin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətinən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər. Quru sərhədlərinin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra bilcəəyi də nəzərə alınırdı. Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün də quru sərhədlərinin bu günə qədər bağlı qalması vacibliyi nəzərə alınırdı.
İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın” - deyə millət vəkili təxminlərini bölüşüb.

Xəbər 766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +