İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.05.2023  10:18 

Deputat Qorqud parkındakı natəmizlikdən gileyləndi





A+  A-

"İki gündür ki, səhər saat 6-da Qorqud parkında gəzərkən oradakı çəmənlikdə bu zibilləri görüb dəhşətə gəlirəm. Bir neçə addımlıqda böyük zibil qabları olsa da, "piknik"çilər özlərindən sonra buraxdıqlarını aparıb ora atmaq istəmirlər".

XəsərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib.

"Hər səhər zibillərini 3 nəfər-bir kişi, iki qadın yığışdırsalar da, növbəti gün eyni mənzərə ilə üzləşirsən. Və bunu edənlər həm də o kəslərdir ki, yanlarından keçəndə bəzən ingiliscə qırıldatdıqlarını, ağızlarını açanda yüksək materiyadan, Avropa standartlarından dəm vurduqlarını görürsən.
Mən elələrinin hərəkətini üzr istəyirəm, heyvanlıq kimi dəyərləndirib ikinciləri təhqir etmək fikrim yoxdur. Çünki heyvan özünü təbiətin bir parçası kimi aparır, onu məhv etmir, aldığının əvəzini qaytarmağa çalışır.
Gördüyünüz bu qarğalara insan adlanan ancaq çəmənlik, ya çimərlik olsun, fərqi yoxdur, getdikləri hər yeri zibilləyən "şərbəndələr"dən hörmətim qat-qat çoxdur" - deyə deputat əlavə edib.





Xəbər 400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +