İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.04.2023  09:42 

“Bu artıq, təsadüf ola bilməz” - İlqar Altay





A+  A-

“İlkin Qəmbərin erməni soyqırımını həqiqət kimi tanıyıb, təəssüflənməsi barədə paylaşdığı kiçik status, emosional-psixoloji "qısa qapanmanın" mənfi-zərərli ifadəsi və təsadüfi səhv sayılardı”.

XəzərNews.az xəbər verir ki, bunu siyasi analitik İlqar Altay sosial şəbəkədə yazıb.

O, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbbərin oğlu İlkin Qəmbərin “Böyük Ermənistan” haqda çəkdiyi animasiya filminə reaksiya verib.

İlqar Altay bildirib:

“Bu gün İlkinin və dostlarının "yaradıcılıq" göstərib çəkdiyi, türk millətimizin "dost!" milləti haqqında filmə rast gəldim. İlk başlanğıcından "Böyük Ermənistan" adı eşidərkən, söndürdüm. Bu artıq, təsadüf ola bilməz. Çünki, düşünülüb, ölçülüb-biçilmiş, xüsusi işlənib ərsəyə gətirilən Yalanın istehsalıdır. Elə, ümumtürk mənafeyinə qarşı yalan-yanlışın ki, nəinki Azərbaycan xalqı, bütün 400 milyon türk millətinə həqarətdir bu!

Xüsusən də ona görə ki, əsrlərlə özünü türkün qatı ədavətli düşməni kimi aparan və hər tində, təsadüfdə fürsətcilliklə arxadan bizə ağır zərbə vuran bir kiçikcik toplumu "böyütmə" cəhdində xaricdəki bir qisim Azərbaycan türkü bulunmuş. Bu filmə baxan Türkiyə, Özbək, Qazax, Cənubi Azərbaycan, İraq və sair türklər onu çəkənlərin Azərbaycanlı olduğunu bilib, bizə nə deyərlər?!

Atası İsa Qəmbər dediyi kimi, İlkinin yetkin, 40 yaşı və tanınmış yaradıcı kollektivi varsa, tarixi film çəkilişi üçün mövzu tapma çətinliyimi var? O yüz filmdən birisini (hələ birincisini demirəm) vətən Azərbaycan üçün çəksin də. Şərqdəki ilk demokratik, Azərbaycan Cümhuriyyəti barədə çəksin. Qədim tarixli Gök-türklərin, Atillanın və ya, Hunların, Xəzərlərin imperiyasından çəksin. Nə vacib idi, cırtdan tarixini "böyüdüb", fil kimi təqdim etmək, özü də bizlərə nifrətli cırtdanın?

Budur, artıq içimizdəki separatçılar, xomeynizm və sair "izmçilər", çölümüzdəki rəqib dövlətlərin təbliğatçıları bu yalan film və xüsusən də onun azərbaycanlı "istehsalçılarını" önümüzə çəkirlər. Ziyanlı yaramazlıq hesab edirəm belə fəaliyyəti, milli mənafeyə zidd, düşmənə xeyirli... Təəssüf!”.

Xəbər 499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +