İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.04.2023  13:23 

Vəzifədə namuslu adamları niyə sevmirlər?





A+  A-

Biabırçılıqdır. Həkim Ağahəsən Rəsulovu vəzifəsindən azad ediblər. Deyirlər ki, yaşla bağlı nazir belə qərar verib.

Ancaq insanların böyük əksəriyyəti əmindir ki, bu qərar Əmək Məcəlləsi ilə yox, 3 saylı Uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevlə əlaqəlidir.

Belə ki, 16 yaşlı Məhəmməd uşaq evi rəhbərliyinin əti yeyib sümüyü isə uşaqların qabağına atmasını bildirmişdi. Sosial şəbəkələrdə yayılan həmin çıxış geniş rezonans doğurdu. Uşaq evinin rəhbərliyi Məhəmməd Hacıyevi “dəli” elan edərək Psixiatriya Xəstəxanasına yerləşdirdi. Xəstəxanan baş həkimi isə mediaya bildirdi ki, Məhəmməd Haciyevin psixiatriya ilə bağlı heç bir problemi yoxdur...

Mən əminəm ki, Baş həkimi işdən məhz həmin bəyanata görə azad ediblər.



Bəllidir ki, Azərbaycanda namuslu adamları sevmirlər. İdarəçilik sistemi elə qurulub ki, namuslu adamlar bu sistemdə yad element kimi arzuolunmazdır. Belələrini isə tapdalayaraq məhv etmək lazımdır. Çünki mövcud sistemin varlığına təhlükə törədirlər.

Mən bütün namuslu adamları Ağahəsən həkimin müdafiəsinə qalxmağa səsləyirəm.

Elbəyi Həsənli

Xəbər 542 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +