İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.04.2023  12:15 

“İranla döyüşməyə hazırıq” - Siyavuş Novruzov





A+  A-

“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.

Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O vurğulayıb: “Deputat Fazil Mustafa qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bundan sonra biz nə etməli və hansı addımları atmalıyıq?! Peyğəmbərimizin gözəl ifadəsi var idi: “Əqidəsi olmayan insanın nə inancı, nə də inamı olar”. Bu sözdən çıxış edərək deyə bilərik ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır. Burdakı insanlar Azərbaycan xalqına, dövlətinə, Prezidentinə inananlar, onun ətrafında sıx birləşənlərdir”.

“Həmin şəxslər bu terror faktı ilə bağlı gözümüzü qorxutmaq istəsələr də, səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Heç də sevinməsinlər ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəklər. Öz əqidəmizlə Prezidentin müsəlləh əsgərləriyik”, - deyə S.Novruzov əlavə edib.

O söyləyib ki, İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb:

“Orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir. Həmçinin güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Qulaqlarını da açıb eşitsinlər ki, bizim də kifayət qədər gücümüz və qüvvətimiz var”./Report

Xəbər 768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +