İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.01.2023  14:51 

Azərbaycan Bütövlük Platforması “20 Yanvar-qanla yazılan istiqlal tarixi“ mövzusunda tədbir keçirib





A+  A-

Bu gün Azərbaycan Bütövlük Platforması 20 Yanvar hadisələrinin ildönümünə həsr edilmiş "20 Yanvar-qanla yazılan istiqlal tarixi" mövzusunda tədbir keçirib.

XəzərNews.az xəbər verir ki, tədbirə bir çox siyasi partiyaların və təşkilatların nümayəndələri qatılıb.

Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayıl 20 Yanvar gününün tariximizdəki yeri haqda məlumat verib.

Daha sonra "20 yanvar İctimai Birliyi" sədrinin müavini Sahib Əlizadə rus ordusunun 90-cı ildə Bakıda törətdiyi qətliam haqda danışıb.

AXP sədri Pənah Hüseyn 20 Yanvar hadisələrinin siyasi aspektləri, bu hadisələrin bütövlükdə sovet imperiyasının dağılmasında rolu haqda çıxış edib.

Sonra çıxış edən "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi"nin sədri Radə Abbas, Göyçə-Zəngəzur Türk Cümhuriyyəti adından Rizvan Talıbov, Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa, Milli Hərəkatın öncüllərindən Bünyamin Qənbərli, AMİP Siyasi Şurasının üzvü Teyyib İsmayıl və digərləri çıxış edərək 1990-cı il 20 Yanvar hadisələrinin istiqlal tariximizdəki yeri və rolu haqda danışıblar.

Tədbir tarixçi-alim, professor Boran Əzizin çıxışı ilə başa çatıb.





Xəbər 615 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +