İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.06.2022  17:10 

COVID-19 6 yoluxma qeydə alınıb, 1917 doza vaksin vurulub





A+  A-

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

XəzərNews.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, indiyədək ölkədə ümumilikdə 792 min 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 29 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112, bu günə qədər isə ümumilikdə 6 milyon 903 min 117 test icra olunub.

İyunun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1917 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 199, üç və daha çox doza vaksinlərin sayı 1255, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 137-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 730 min 206, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 348 min 845, ikinci mərhələ üzrə 4 milyon 849 min 599, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 285 min 415, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 246 min 347-dür.

Xəbər 1385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +