İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.12.2021  10:45 

14 yaşlı qız nişanlandı - DİN açıqlama yaydı





A+  A-

İmişli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumata Daxili İşlər Nazirliyindən açıqlama gəlib.

XəzərNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

“Azyaşlının valideynləri də polis şöbəsinə dəvət olunub, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin azyaşlının qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
Xatırladaq ki, İmişlidə azyaşlının nişanlanması ilə bağlı məlumatlar yayılıb. Yanvarda toyu olacaq 14 yaşlı qızın ailəsi ilə danışıqlar aparılıb. Yayılan məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülərək, keçiriləcək toy mərasiminin qarşısı alınıb.

Xəbər 1208 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +