İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.07.2021  09:12 

İsmayıllıda toyda dava - Bəylə qardaşı bıçaqlandı, ata öldü





A+  A-

İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, bıçaqlanma hadisəsi baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı şəhəri A. Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfəralıyev Nəriman Tahir oğlu övladı 1993-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu üçün "Gülüstan" şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb. Toydan sonra onların davası mərasim sahibinin evində davam edib.

Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 1993-cü il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 1996-cı il təvəllüdlü Ağayev Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb. Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib. Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, hadisəni törədən Hafiz Ağayev toya dəvət edilməyən başqa dostları, İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Cavid Əhmədov və bərbər işləyən İlkinurla birgə toy mərasiminə gələrək dava salıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaşın İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb: “Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər saytlarında hadisə zamanı “Cavid Əhmədov” adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə əsassız və dəqiqləşdirilməmiş informasiyalar yayılıb. Qeyd edək ki, Post Patrul Xidmətində ümumiyyətlə həmin adda bir əməkdaş xidmət aparmır”.

Xəbər 2142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +