İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.06.2020  15:21 

İyirmidən çox reklam şirkəti Baş Nazirə müraciət edib





A+  A-

Azərbaycanda 20-dən çox reklam şirkəti Baş Nazir Əli Əsədova müraciət edib.
XəzərNews.az xəbər verir ki, sahibkarlar pandemiya dövründə müştərilərinin açıq hava reklamlarının icarələrindən imtina etməsi səbəbi ilə reklam şirkətlərini aprel va may ayları üçün rüsum va yayım haqlarından azad olunmasını xahiş edib.

Müraciətdə bildirilib ki, insanların fərdi evlərində va mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunduğu halda açıq hava reklamları öz qüvvəsini itirir: “Bu halda onlayn satışlara icazə verildiyi üçün müştərilərimiz büdcələrini rəqəmsal reklam vasitələrinə yönəldirlər. Bu səbəbdən təbii olaraq beynəlxalq və yerli şirkətlər açıq hava reklamlarının icarələrindən imtina edirlər. Təəssüf hissi ilə bildiririk ki, reklam şirkətləri olaraq, demək olar ki, heç bir iqtisadi fəaliyyətimiz qalmayıb.

Reklam şirkətlərinin xidməti pandemiyadan zərər çəkmiş şirkətlər siyahısına salınıb. Bunun qarşılığı olaraq əmək haqqı fondunun müəyyən hissəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən qarşılanıb. Reklam şirkətlərinin əsas maliyyə öhdəliklərindən biri reklam qurğularına görə Reklam Agentliyinə rüsum va yayım haqlarının ödənilməsidir. Pandemiya səbəbindən beynəlxalq və yerli şirkətlərin açıq hava reklamlarının icarələrindan imtina etməsi, bu sahədə hər hansı bir fəaliyyətin olmaması reklam yayımına görə daxilolmaların kəskin azalmasına, gəlirlərimizin zərərlə əvəz olunmasına səbəb olub va hazırkı durumda aprel və may aylarına görə rüsum və yayım haqlarını ödəmək üçün hər hansı maliyyə vəsaiti mövcud olmaması ilə nəticələnib”.

Müraciət həm Nazirlər Kabinetinə, həm də Dövlət Reklam Agentliyinə göndərilib.

Xəbər 1331 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +