İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.07.2019  18:12 

“Nar”ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü





A+  A-

Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb.
XəzərNews.az xəbər verir ki, Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər. Qeyd edək ki, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2600-ü ötüb. Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.

“Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, “Nar”-ın tarixində əlamətdar bir hadisəni – Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə “Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.

“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 972 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +