İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.01.2019  12:08 

Vakant vəzifələr açıqlandı





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.
XəzərNews.az-a daxil olan məlumata görə, həmin vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər yanvarın 23-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 15 təqvim günü davam edəcək qeydiyyat prosesi fevralın 7-də saat 23:59-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər ola bilər.

Xəbər 985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +