İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.12.2018  15:21 

Alimlərə veriləcək torpaq sahəsində tikintiyə icazə verilməyəcək





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinə bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.
Bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Rəyasət Heyətinin iclasında "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənəd təsdiq edilib.

O zaman torpaq sahəsi konkret olaraq kimlərə veriləcək?

Həmin ərazidə tikinti işlərinə nə zaman start verilə bilər?

XəzərNews.az bildirir ki, Modern.az bu və ya digər suallara cavab öyrənməyə çalışıb.

AMEA-nın İşlər İdarəsi müdirinin müavini Sərdar Əliyev saytımıza açıqlamasında mövzuya bir qədər geniş formada aydınlıq gətirib.

“Azərbaycan Milli Elmlər Akademiyasının böyük torpaq sahəsi var. 1700 hektarlıq həmin torpaq sahəsi Xızıda yerləşir. Uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə çətinliyi yaranıb. Belə ki, yaxınlıqda yaşayış məntəqəsi olmadığına görə ora işçi təminatını həyata keçirə bilməmişik. Ona görə də belə nəticəyə gəlindi ki, həmin əraziyə öz əməkdaşlarımızı cəlb edək. Əsas məqsəd torpağın becərilməsi və torpağa yaxınlaşmaqdır”.

Sərdar Əliyev torpaq sahəsində heç bir tikintiyə icazə verilməyəcəyini söyləyib.

“Tutaq ki, hansısa işçiyə 10 sot torpaq sahəsi ayrılıb. Həmin işçi yay aylarında ailəsini də götürüb orada təsərrüfatla məşğul ola bilər. Amma həmin ərazidə işçilərin ev tikməsinə, ərazini hasara almasına icazə verilməyəcək. Çünki bizim bağ verməyə ixtiyarımız yoxdur. Bu ancaq dövlət səviyyəsində ayrıla bilər. Sadəcə çardaq qurmağa icazə var”.

AMEA-nın rəsmisi, torpaq sahəsinin verilməli olduğu institutlardan da söz açıb.

“Bu, bir sosial addımdır. Gələcəkdə təsərrüfat genişlənəcək. Biz bütövlükdə torpağı istifadəyə verə bilmərik. Ərazi institut üzrə bölünəcək. Əsas üstünlüyü kənd təsərrüfatı ilə əlaqəli institutlarımıza verməyi düşünürük”.

Xəbər 1177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +