İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.11.2018  15:37 

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!





A+  A-

“Nar”-ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir.
XəzərNews.az xəbər verir ki, beləki, yarışın yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Oktyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Fərhad Məmmədli (https://twitter.com/BadFarhad), Rəfi Əsgərli(https://twitter.com/refiesgerli), Elvin Abbasov (https://twitter.com/abbasovbm), A.Abbasovadır (https://twitter.com/a_ayaone).

Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.

Ətraflı məlumatı https://twitter.com/salam_nar hesabından əldə etmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1153 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +