İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.10.2018  18:06 

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - Qaydalar dəyişdi





A+  A-

"Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var".
XəzərNews.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzetinə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib. O bildirib ki, ən çox boş qalan direktor yeri isə cənub zonasındakı məktəblər üzrədir:

"Yeni qaydalara əsasən, bu il ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə bəzi dəyişikliklər edilib. Dəyişikliklər müsabiqənin əsasən test və yerləşdirmə mərhələ-lərindədir: "Hər il qaydalarda yeniliklər tətbiq edilir. Builki müsabiqədə də yeni qayda müəyyənləşib. Belə ki, təhsil nazirinin oktyabrın 18-də imzaladığı 716 nömrəli əmrinə əsasən, təqvim ilinin sonunadək müsabiqənin yekunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə artıq müsabiqə, müsahibə və apelyasiya komissiyaları yaradılıb.

Təsdiq edilən qaydalara görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür".

E.Bağırov qeyd edib ki, direktorların işə qəbulu üzrə müsabiqədə ikili format tətbiq olunur:

"Belə ki, Bakı şəhərində direktor vəzifəsinə keçirilən müsabiqədə iştirak etmək üçün namizədlər ilk növbədə müvafiq ali təhsil müəssisələrində təşkil edilən xüsusi təlimlərdən keçməlidirlər. Maliyyə, statistika, əmək və təhsil qanunvericiliyinə aid mövzuları əhatə edən təlimlərdən keçənlər Bakı şəhərindəki ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə namizədliyini verirlər. Müsabiqənin elektron ərizə qəbulu, test, vakansiya seçimi və müsahibə mərhələsində uğurla iştirak edənlər Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində direktor vəzifəsinə təyin oluna bilərlər. Digər rayon və şəhərlərdə təlimlər təşkil olunmur".

Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +