İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.10.2018  17:46 

Ünvanlı sosial yardım alanların sayı açıqlandı





A+  A-

"2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailə (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib".
XəzərNews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ilin 9 ayında görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirilib.

İclasda hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi qeyd olunub.

Həmçinin cari ilin 9 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləğində ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alındığı, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldildiyi, DSMF-nin gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə 9 faizə yaxın artımın olduğu diqqətə çatdırılıb.

Xəbər 1243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +