İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.09.2018  16:04 

LDU-da 15 sentyabr Bilik Günü qeyd edilib





A+  A-

Respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Gününə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilib.
XəzərNews.az xəbər verir ki, bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilik Günü münasibəti ilə təbrik etdi.Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını bildirib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən, əməli fəaliyyətdən bəhs edib, yeni tədris laboratoriyalarının quraşdırılmasını 2018-2019-cu tədris ilinin ən uğurlu yeniliyi kimi dəyərləndirib və bu istiqamətdə işlərin davamlı aparılacağını xüsusi vurğulayıb.

Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyəti Başçısının I müavini Möhübbət Babayev, universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov, ictimai şuranın sədri Sərhad Məmmədov, valideynlərdən Sahilə Heydərova, Azad Mirzəyev, yüksək balla LDU-ya qəbul olunmuş tələbə və magistrlər çıxış edərək tələbə və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik ediblər. Qeyd edək ki, bu ilki qəbulda ən uğurlu nəticəni Aynur Əliyeva (645 bal), Leyla Heydərova (611 bal) əldə ediblər.

Tədbirdə yüksək bal toplamış tələbə və magistrlərə təntənəli şəkildə tələbə biletləri və planşetlər hədiyyə olunub.

Bu günkü Bilik Gününün ən əlamətdar hadisələrindən biri də II saylı tədris korpusunda müasir tələblərə tam cavab verən yeməkxana binasının açılışı olub.

Xatırladaq ki, hazırda LDU-da 27 ixtisas üzrə 3500 nəfərə yaxın tələbə təhsil alır. 2018-2019-cu tədris ilində Lənkəran Dövlət Universitetinə 977 bakalavr və 64 magistr qəbul olunub.


Xəbər 1403 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +