İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.12.2017  12:21 

Yolun üzü XƏCALƏTdən qaralıb, İsgəndərov isə boş durmur…





A+  A-

Hər il təmir olunur, amma necə təmir olunursa problem qalmaqda davam edir. Söhbət məşhur Binəqədi yolundan gedir. O yol ki, hər il dövlətin büdcəsinə “girir”, lakin bir türlü xəcalətdən üzü ağarmır ki, ağarmır. İndi yolu icra başçısı Xaləddin İsgəndərov yox, “Azəravtoyil” ASC təmir edir, həm də əsaslı…
Lakin bu məsələdə X.İsgəndərov da boş durmur, necə deyərlər, söküntüdə-tikintidə olan pul-para heç yedə yoxdur, uzağı bir payız və qış yağışı “çirkli işlərini” yuyub aparacaq, olacaqsan süddən çıxmış ağ qaşıq…

Saytımıza daxil olan məlumata görə, “Binəqədi yolu”nun sağ və solunda yerləşən obyekt sahibləri qarşısında Xaləddin İsgəndərovun yeni tələbləri qoyulub: “Yol təmir olunur, siz də obyektlərinizin qarşısını və fasadlarını təmir etdirmək üçün pul ödəməlisiniz”.

Əlbəttə, təkcə problem bununla bitmir. Ərazidəki bütün obyektlərin sənədləri yoxlanılır, ərazilər ölçülür, kimin sənəddə göstəriləndən artıq torpağı varsa haqqı ödənilməyə məcbur edilir.

Deməli, bu “monitorinq”dən də karlı çıxan X.İsgəndərov olur. Müəyyən etdikləri boş torpaq sahələrini ələ keçirərək növbəti obyektləri üçün baza yaradırlar.

Artıq sözügedən yolun üzərində yerləşən obyekt sahibləri X.İsgəndərovun təhdidlərindən qorxmurlar və artıq danışmağa qərar veriblər.

Əlbəttə. indiki vəziyyətdə, yəni “qibləgahı” Fazil Məmmədovun və komandasının qeyri-müəyyənlik içində olduğu bir zamanda X.İsgəndərov da narahatdır.

Mətbuat yazır ki, Alimpaşa Məmmədov ötən həftənin cümə günü axşamdan Gədəbəyin icra başçısı Ramiz Yediyarovla birgə Bakıya, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun yanına yollanıblar. Çıxılmaz durumda olan başçılar Fazil Məmmədovla yaxın qohumluq əlaqəsində olan, onun göstərişlərini hər iki başçıya çatdıran Binəqədinin icra başçısı Xaləddin İsgəndərovdan nə baş verdiyini xəbər alıblar. Sonuncu Şəmkirlə Gədəbəyin icra başçılarına ümidverən bir söz deməyib, rəhbərlik etdikləri rayonlarda bütün qanunsuzluqları aradan qaldırmalarını, problemləri yoluna qoymalarını tapşırıb.

Qeyd edək ki, F.Məmmədov işdən çıxarılandan sonra onun komandasının da “təmizləmələr”ə məruz qalacağı şübhəsizdir. Hazırda büdcədə kəsir olduğundan F.Məmmədovun komandasına dəyib-dolaşmırlar. 2018-ci ilin əvvəlində isə situasiyanın dəyişəcəyi vurğulanır.






Xəbər 1349 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +