İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.11.2017  17:08 

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb





A+  A-

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilir. Bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji, Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Slavyan, Gəncə və Sumqayıt Dövlət universitetlərinin təsis etdiyi “Maarifçi" Tələbə Kredit Fondu reallaşdırır. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır.
Hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var.

Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da qeyd edilən problemdən söz açıb:

“Bizə ünvanlanan müraciətlərdən görünür ki, insanlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Təhsil isə millətin gələcəyidir. Biz bununla bağlı Təhsil Nazirliyi və parlamentin Elm və təhsil komitəsi ilə birgə də ictimai dinləmələr aparacağıq”.

XəzərNews.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, son 5 ildə 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina edib:

“Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil. Məhz buna görədir ki, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib”.

Müsahib həmçinin “Maarifçi” Kredit Fondundan da söz açıb:

“Düzdür, ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının ödənilsi üçün 2015-ci ildə “Maarifçi” Kredit Fondu yaradılıb. Amma bu təşkilat cəmi 200 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün güzəştli şərtlərlə kredit verib ki, bu da olduqca az rəqəmdir”.

Xəbər 1092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +