İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.08.2017  10:34 

Füzulidə torpaqlardan təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib





A+  A-

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunmasına nəzarət gücləndirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, bu məqsədlə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların, icra nümayəndələrinin, bələdiyyələrin və torpaq istifadəçilərinin iştirakı ilə müşavirə və yığıncaqlar keçirilib, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun, maksimum səmərəli istifadə olunması məsələləri ətraflı müzakirə olunub.
Torpaq istifadəçiləri ilə keçirilən görüşlərdə torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunub, bu sahədə maarifləndirmə işi aparılıb. Bildirilib ki, Dövlət Qış Otlaq Fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlar yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 faizdən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.
Qeyd edilib ki, rayonda hələdə bəzi torpaq icarədarları torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmirlər. Bəzi fiziki və hüquqi şəxslər torpaq qanunvericiliyinin və müvafiq icarə müqavilələrinin tələblərinə riayət etməyərək müvəqqəti icarələrinə verilmiş torpaq sahələrini ikinci, hətta üçüncü şəxslərə qanunsuz olaraq subicarəyə verməklə torpaqları alver predmetinə çevirirlər ki bu da yolverilməzdir. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hüquq-mühafizə orqanlarına və aidiyyəti qurumlara bu cür hallara qarşı qanunamüvafiq tədbirlər görməyi tapşırıb.
Torpaq istifadəçiləri ilə keçirilən görüşlərdə RİH başçısı Alı Alıyev qeyd edib ki, ölkə başçısının torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan ərazilərdə 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlarda ötən il 35 sentnerdən artıq məhsul götürülüb, o cümlədən 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün Aqroparkın istifadəsinə verilib, 500 ha sahə isə cari ildə toxumçuluq məqsədilə istifadəyə veriləcək.
Keçirilən görüş və yığıncaqlarda bələdiyyə mülkiyyətində, həmçinin şəxsi mülkiyyətdə olan torpaqlardan da maksimum səmərəli istifadə olunması, torpağın, münbitliyinin və məhsuldarlığının artırılması yolları müzakirə edilib, torpaq istifadəçilərinə maarifləndirmə xarakterli məsləhət və tövsiyələr verilib.
Rayon İcra Hakimiyyəti ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun səmərəli istifadə olunmaması hallarına yol verənlər barədə qanunvericilikdə nəzərdə tutulan tədbirləri bundan sonra da davam etdirəcək, bu məsələni gündəlik nəzarətdə saxlayacaq.





Xəbər 1169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +