İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.05.2017  12:44 

Sarı zolağa düşən sürücülərə 39 min manatdan çox cərimə kəsilib





A+  A-

“Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 978 sürücüyə (39 min 120 manat) elektron protokol yazılıb”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Sürücü gün ərzində neçə dəfə sarı zolaqlara daxil olursa, hər daxil olduğuna görə protokol tərtib olunur. Mayın 25-nə qədər nəzarət davam edəcək. Sürücülər cərimə olunmaq istəmirlərsə diqqətli olsunlar”.

Şöbə rəisi bildirib ki, I Avropa Oyunları ilə müqayisədə hazırda sürücülərin nizam-intizamı daha yüksək səviyyədədir.

“Təbliğat işlərinin aparılması və ölkədə gedən İslam Oyunlarının möhtəşəmliyi, vacibliyi nizam-intizamın yüksək səviyyədə olmasına təsir edib. Bütün əhəmiyyətli tədbirlərdə Azərbaycan xalqı vahid komanda olaraq çıxış etməyi bacarır”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.

Qadağa mayın 5-dən 25-nədək qüvvədə olacaq.

Xəbər 1130 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +