İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.11.2023  20:11 

“Artıq vasitəçilərə ehtiyacı yoxdur” - Metyu Brayza





A+  A-

Hər iki ölkənin 30 ilə yaxın müddətdə vasitəçilik prosesində iştirak etdiklərini bildirən ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan elə bir səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini, həmçinin beş baza prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə razılığa gəldiklərini bəyan ediblər.

Xəzərnews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.


“Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb və iki ölkə liderinin sülh müqaviləsi barədə razılığa gəlməsinə heç bir maneə yoxdur”.

M.Brayza hesab edir ki, sülh müqaviləsinin tezliklə imzalanması hər zamankından daha realdır:

“Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-də prosesin əleyhinə olan diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər”, - deyən sabiq səfirin sözlərinə görə, regional inkişaf baxımından sülh müqaviləsi çox böyük əhəmiyyətə malikdir.

Metyu Brayza vurğulayıb ki, müqavilənin əleyhdarları Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın Ermənistan ərazisinə daxil olmaq cəhdləri kimi iddialar irəli sürsələr də, reallıqda bu barədə məhz Ermənistan özü 2020-ci ilin 10 noyabr tarixində razılığa gəlib.

“Mən əminəm, Nikol Paşinyan anlayır ki, əgər nəqliyyat əlaqələri bərpa olunarsa və bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərsə, bu, nəinki Ermənistana investisiya cəlbini artıracaq, iş yerlərinin açılmasına, həmçinin iqtisadiyyatın inkişafına gətirib çıxaracaq, Ermənistan iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyasına şərait yaradacaq. Bu isə regionda tamamilə yeni iqtisadi dinamika formalaşdıracaq və davamlı sülhün bərqərar olmasına yol açacaq. Sülh müqaviləsi regionda bütün investisiyaları real edəcək”, - deyə o vurğulayıb.

Xəbər 561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +