“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.04.2023  11:03 

“Hazırkı şəraitdə qiymətləri AZAL diktə edir”





A+  A-

“Quru sərhədlərin üç ildən artıq müddətdə bağlı qalması bir çox sahələrə - iqtisadiyyata, ən çox da​ turizm sektoruna zərbə vurur. Azərbaycan turizmdən daha çox gəlir götürmək istəyirsə, mütləq quru sərhədləri açmalıdır. Azərbaycanla Rusiya arasında quru sərhədlərin bağlanması turist axınına mane olur. Hava yolu nəqliyyatının baha olması səbəbindən istirahət üçün Azərbaycanı seçən turistlər istiqamətlərini dəyişmək məcburiyyətində qalırlar”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana hava yolu ilə gün ərzində 27 reys həyata keçirilsə də, qiymətlər çox bahadır. Quru sərhədlərin bağlı olduğu dövrdə turistlər hava nəqliyyatından asılı vəziyyətdə qalırlar. Əgər quru sərhədləri açsalar, bu, hava nəqliyyatında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Hazırkı şəraitdə isə AZAL qiymətləri diktə edir. Nəticədə zərər Azərbaycan turizminə dəyir:

“Azərbaycan-Gürcüstan​ sərhədinin bağlı qalmasının pandemiya ilə bağlı olmadığını hər kəs bilir. Dünya​ ölkələri karantin rejimini çoxdan ləğv edib. COVİD 19-la bağlı ən sərt tədbirlər Çində idi. Yanvar ayından onlar da bütün qadağaları ləğv edib, quru sərhədləri açıblar. Sərhədlərin bağlı qalma səbəbini ictimaiyətə açıqlamaq rəsmi orqanların borcudur. Bəlkə doğrudan da, bizim bilmədiyimiz ciddi bir səbəb var.​ Detallı olmasa da, ümumi şəkildə məhz bu məsələyə görə sərhədləri aça bilmirik, deyə bilərlər. Məsələnin kökündə təhlükəsizlik dayanırsa, bu da məntiqli səbəb deyil. Bu dövlətin təhlükəsizlik, hüquq-mühafizə orqanları​ istənilən risk və təxribatın qarşısını almağa qadirdir. Sərhədləri bağlamaq təhlükəsizlik tədbiri​ deyil. Hökumət niyə bu qədər israr edir, başa düşə bilmirəm. Əgər səbəb ölkədə fəaliyyət göstərən beşulduzlu hotellərin və AZAL-ın gəlirini artırmaqdırsa, bu sahədə də heç bir inkişaf yoxdur. Səbəb hər nə olur-olsun, quru sərhədlərinin 3 ildən artıq bir müddətdə bağlı qalması vətəndaşların konstitusion​ hüquqlarını pozmaq deməkdir”.

Xəbər 502 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +