İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.10.2018  17:12 

“Bakıda bağ evim yoxdu, qaldı ki...”





A+  A-

“Mən həmişə incə olmuşam. Heç vaxt kök olmamışam. Bu yay dənizkənarı bölgələrdə qızımla istirahət etdim. Yəqin ki, okeanda çox üzmüşəm, buna görə 2-3 kq arıqlamışam. İndi istəyirəm ki, bir az kökəlim”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib. Məşhur aktrisa Şimali Amerikadakı istirahətindən, orada ev alması və qızını təhsil üçün Los-Angelesə göndərməsi barədə yayılan məlumatlara münasibət bildirib.

“Məleykə Əsədovanın heç Bakıda bağı yoxdur, qaldı ki, Amerikada evi olsun! Bizə yaxın Türkiyədir, orada da mənzilim yoxdur. Mən yaşamağı sevirəm, hər şey alıb kənara yığmaqdan xoşum gəlmir. Qızımın təhsili əsasdır. Onun təhsilli olmağı bizim var-dövlətimizdir. Fikrim qızımın üzərindədir və onu heç bir yerə tək göndərmərəm”.

M. Əsədova serial və kinolardan uzaq gəzməsinin səbəbini də açıqlayıb: “Çox şükür ki, kino və serialların sayı artıb. Birinci obrazı sevməliyəm, daha sonra həmin iş tamaşaçıların ixtiyarına verilməlidir. İnanıram ki, vaxt gələcək, mən də bir obraz sevəcəm. Mənə serial-filmlərlə bağlı çox təkliflər gəlir. Buradan onlara ad çəkmədən təşəkkürümü bildirirəm. Amma özümü tapdığım obraz olan zaman, serialda çəkiləcəm. Onu da deyim ki, görünmək üçün işlər görmürəm. Şöhrətim kifayət qədərdir”.

Xəbər 1449 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +