Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


11.06.2018  18:34 

Prezident kütləvi zəhərlənmə olayını nəzarətə GÖTÜRDÜ





A+  A-

Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Bildirilib ki, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.

Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +