İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.03.2018  16:42 

“Putinin prezident seçilməsi Azərbaycan üçün də əhəmiyyətlidir“





A+  A-

“Dünən Rusiyada keçirilən seçkilərin nəticələrinə görə, Vladimir Putin növbəti müddətə prezident seçilib. Seçicilər qarşıdaki 6 il ərzində Rusiyanın idarəçilik sükanını yenidən V. Putinə həvalə etdilər. Putinin yeni prezidentlik müddəti Rusiya-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni mərhələ olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycanla Rusiyanı çoxəsrlik qonşuluq münasibətləri bağlayır: “Son illər dövlətlərarası münasibətlərimiz də sürətlə inkişaf edir və bu münasibətlər artıq Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Təbiidir ki, Rusiya ilə strateji münasibətlərimiz bədnam qonşumuz Ermənistanı narahat edir. Sərkisyan hakimiyyətinin ayrı-ayrı sözçüləri və bir çox erməni ekspertlər zaman-zaman Rusiyanın son vaxtlar Azərbaycana Ermənistandan daha çox önəm verdiyini bəyan ediblər və eləcə də Kremlin Azərbaycana silah satışına kəskin etirazlarını bildiriblər”.

“Biz ermənilərin narahatlığının səbəblərini başa düşürük. Onlar Rusiya-Azərbaycan yaxınlaşmasını Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll edilə biləcəyindən ehtiyyat edirlər. Ancaq biz işğalçı ermənilərin haray-şivən qoparmaqlarına qətiyyən əhəmiyyət verməməliyik”, - deyən Ə. Hüseynov əlavə edib ki, Rusiya ilə mehriban qonşuluq və ikitərəfli faydalı əməkdaşlıq siyasətimizi bundan sonra da davam etdirməliyik: “Bu bir həqiqətdir ki, Rusiya bundan sonra da regionun əsas oyunçularından və dünyanın güc mərkəzlərindən biri olaraq qalacaq. Odur ki, praqmatik-realist siyasət yürütməyimiz və Rusiya ilə münasibətlərin daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın, ölkələrimizin maraqlarına cavab verir. Regionda sülhün və təhlükəsizliyin təmin olunması isə ilk növbədə Dağlıq Qarabağ probleminin həllindən keçir. Bu problemin həllində məhz Rusiyanın açar ölkə rolunu oynaması faktı heç kimdə şübhə doğurmur. Putinin prezident seçilməsi Azərbaycan üçün də əhəmiyyətli hadisədir. Hesab edirəm ki, Putinin qarşıdakı 6 illik prezidentlik dövründə Qarabağ problemi də öz həllini tapacaq və Rusiya bu məsələdə ədalətli mövqe tutacaq”.

Xəbər 1330 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +