Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


11.08.2017  16:09 

“UEFA “Qarabağ”a şərt qoyub ki...”





A+  A-

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, toplantıdan sonra açıqlama verən qurumun sədri Kamran Quliyev müzakirə olunan məsələlər haqda danışıb: “İclasımız çox maraqlı keçdi. Gündəmdə 4 məsələ var idi. Öncə çempionatla bağlı müzakirə apardıq. Bildiyiniz kimi, bəzi klubların hazırda stadion probleminin mövcuddu. Bu da stadionlarında gedən təmir işləri ilə bağlıdı. İclasda da məlum oldu ki, digərləri həmin klubları birmənalı dəstəkdilər. Çıxış yolu kimi digər stadionlarda ev oyunlarını keçirməkləri fikri bildirildi.

Hazırda “Kəpəz” və “Səbail” klubları öz stadionlarında təmir işləri ilə bağlı oynaya bilmirlər. Danışqılare getdiyindən daha dəqiq məlumat bir neçə gündən sonra veriləcək. Bu 2 klub təmir müddətində ev oyunlarını başqa stadionlarda keçirəcəklər. Onların ilk dövrədəki bütün qarşılaşmalarını səfər meydanında baş tutması variantı, çox güman, həyata keçməyəcək. İnşallah, həm “Kəpəz”, həm də “Səbail” çıxış yolunu tapacaq”.

KK-nin sədri iclasda müzakirə edilən digər məsələlərə də toxunub: “Peşəkar Futbol Liqası bugünlərdə verdiyi yeni qərara əsasən bmövsümdən oyunun iştirak ərizəsinə 23 futbolçunun adı salınacaq. Klublar belə bir təklif irəli sürdülər ki, gənclərin inkişafı üçün əsas heyətə olmasa belə, “23-lüy”ə 19 yaşlı 2 futbolçunun da adı daxil edilsin. Onların ehtiyatda qala-qala sonra 21 yaşadək futbolçu kimi çıxış edənin yerini tuta biləcəklərini düşünürük. Bundan başqa, U-19 Liqasında formatın dəyişməsini müzakirə etdik. Bu təklifi AFFA verib və ondan ibarətdi ki, 19 yaşadək futbolçuların çempionatında UEFA-nın qoyduğu standartlara uyğun yaş limiti tətbiq olunsun. Bildiyiniz kimi, son mövsümdə U-19-ların çempionatının qalibi “Qarabağ” olub və 1998-ci ildə doğulan futbolçularla təmsil edilib. Çempionlar Liqasına qatılacaq “Qarabağ”a şərt qoyulub ki, U-19-u 1999-cu il təvəllüdlü futbolçular təmsil etsin. Bu, böyük problem yaradır. Çünki 1 il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər olacaq. Odu ki, çempionatda da UEFA-nın qoyduğu tələb yerinə yetirilməlidi. Klublar 1 həftə müddətində AFFA-nın təklifi ilə bağlı rəy bildirəcəklər. Fikrimizcə, bu ayın sonuna qədər məsələ ilə bağlı qərar qəbul ediləcək”.

Quliyev iclasda müzakirə olunan 4-cü məsələnin ölkə xaricində doğulmuş və çıxış edən azərbaycanlı futbolçularla bağlı olduğunu söyləyib: “İstəyirik ki, Azərbaycanla bağlılığı olan futbolçulara ölkə çempionatında çıxış edərkən hansısa güzəştlər edilsin. Söhbət milli komandadan getmir. Azərbaycanla bağlılığı olan, lakin Rusiya, Ukrayna və ya Türkiyədə yaşayan futbolçu klublarımıza dəvət edilirsə, çempionatımızda çıxış etdikləri müddətdə legioner sayılmasınlar. Bu, bir təklifdi və onun bu mövsüm olmasa da, növbəti çempionatda bunun tətbiq edilməsini istəyirik. Xatırlayırsınızsa, vaxtilə Türkiyənin II liqasında azərbaycanlı futbolçular legioner statusu daşımırdılar. Avropanın nəhəngi İspaniya da ispandilli ölkələrə belə güzəştlər edir. Reallığı anlayırıq. Təbii ki, Azərbaycana dəvət olunan futbolçua bu güəzştin tətbiq edilməsi üçün yüksək səviyyəli olmalıdı”.

Xəbər 1459 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +