Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.04.2017  12:27 

3 nəfərin yanaraq öldüyü maşın Kəbirə Məmmədovanın klinikasına məxsusdur - FOTOLAR





A+  A-

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəzanın şok təfərrüatları ortaya çıxmaqda davam edir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” bir qədər əvvəl qəzaya düşən avtomobillərdən birinin diqqətçəkən dövlət nömrə nişanı 10 AX 002 ilə bağlı apardığı kiçik araşdırmanı təqdim etmişdi.

Məlum olmuşdu ki, həmin nömrə daha əvvəl bahalı “Mercedes” avtomobilinin üzərində olub. Həmin avtomobilin görüntülərini də təqdim etmişdik. Sonradan bu nömrənin “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobildə olması sual yaradırdı. Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ilkin araşdırmalarla “VAZ-2104”ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

APA-nın əldə etdiyi məlumata görə, həmin avtomobildə olan sərnişinlərin isə – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.




Xəbər 2349 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +