İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.02.2017  19:58 

Azərbaycan Milli Platforması Avropa İttifaqı rəhbərliyinə müraciət etdi





A+  A-

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Ermənistan prezidenti Serj Sərkisyanın Brüssel səfəri ərəfəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hana müraciət edib.
Bu barədə XəzərNews.az-a Milli Platformanın üzvü, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev məlumat verib.

O, qeyd edib ki, müraciətə Azərbaycan Milli Platforması üzvlərinin əksəriyyəti imza atıb.
Ə.Nuriyevin sözlərinə görə, müraciətdə Avropa Şurası və Avropa İttifaqı rəhbərliyinə səfərdən istifadə edərək Ermənistan prezidentinin sülh danışıqlarının vacibliyinə inandırmaq üçün səy göstərilməsinə çağrış edilib. Müraciətdə qeyd olunur ki, Platforma üzvləri regionda sülh və sabitliyi təhlükə altında qoyan Ermənistanın destruktiv siyasətindən çox narahatdırlar: “Bununla əlaqədar biz Sizi prezident Sərkisyana Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə qlobal strategiyasına uyğun olaraq Avropa daxilində, ondan kənarda dövlətlərin ərazi bütüövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının qitədə təhlükəsizliyin təmin olunmasının əsas prinsipi olmasını xatırlatmağa çağırırıq”.

Ə.Nuriyev bildirib ki, eyni zamanda müraciətdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı beynəlxalq təşkilatlar və Avropa Şurası, Avropa İttifaqı tərəfindən qəbul edilən sənədlər, AHİM-in qərarı xatırladılır. Müzakirələr zamanı bu sənədlərdən irəli gələn öhdəliklərin Ermənistan rəhbərliyinin diqqətinə çatdırılması xahiş olunur.


Xəbər 3665 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +