İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.08.2022  09:29 

Mülk oğrusundan təhsil qeydinə qalan çıxar?





A+  A-

Mətbuat xəbər verir ki, Elm və Təhsil nazir Emin Əmirullayev məktəblərin təhsil vermədiyini və bundan xəbərdar olduğunu deyib: "Məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.

Nazir həqiqəti dilə gətirməklə təhsil böhranını rəsmən möhürləyib və bir növ SOS verib.

Millətin gələcəyini söndürən böhranın səbəbkarları kimlərdir? Cavab: Onlar indi də iş başındadırlar... Tamam. İş başındadırlarsa, lap yaxşı. Araşdırma, təhqiqat başlansın!

Bəs bu nazirlik indiyədək nə iş görürmüş? Dövlətdən pul mənimsəməkmi?

Nazirliyin nə qədər işçisi var?!

Onların ən məsullarının, qabaqda gedib lovğalananlarının mülklərini araşdırın!

Mülk oğrusundan təhsil qeydinə qalan çıxar?

Rüşvətxordan, korrupsionerdən millətin sabahını düşünən olar?

Qoy məsələni DTX araşdırsın. 20-30 il ərzində Təhsil Nazirliyinin Aparatında məsul şəxslərin vaxtilə məşğul olduqları fəaliyyətləri və indilərini araşdırsınlar.

Deməli, belə çıxır ki, təhsil nazirliyi millətə yox, dövlətə yox, təhsilə yox, birbaşa şəxsi maraqlara xidmət edib.

Məsələn, 10-15 il, ya 20-25 il bundan əvvəl həm nazirlik daxilində, həm də rayon şöbələrində, nazir, nazir müavinləri, aparat rəhbərləri, rəngarəng şöbələ müdirləri, təlimatçılar, mütəxəssislər və s. nə işlə məşğul olublar?

Təhsilin başını buraxıb ciblərini doldurmaqla, özlərinə və əqrabalarına yeni-yeni karyeralar qurmaqlamı?

Bizə yuxu kimi gəlsə də, məsələ çox ciddir!

Araşdırsanız, görəcəksiniz ki, təhsilin qətlinə fərman vermiş keçmiş nazir, nazir müavini, aparat rəhbəri, "qaz vurub qazan dolduran" şöbə müdirləri hazırda ya yenə də öz amplualarında, rektor, direktor, kafedra müdiri, dekan, ya da digər xəlvətcil vəzifələrdə tüfeyli həyatlarını sürürlər, təhsildən oğurladıqları milyonların hesabına hətta reklam da olunurlar.

Təhsili bərbad günə qoyub məsuliyyətdən yayınanlar, cəzasız qalıb həyasızlaşdıqca millətin gələcəyi təhlükədə olacaq.

Bir tərəfdə ərazi bütövlüyü uğrunda can qoymaq, digər tərəfdə təhsilə məsul olan şəxslərin öz vəzifələrini yerinə yetirməmələri və xaincəsin dövləti dağıdıb pul yığmaları.

Ən azı, son 25 ildə təhsili bu günə gətirib çıxarmış məsulların fəaliyyəti araşdırılıb qanunla tədbir görülməlidir, əks halda heç bir yaxşı presedent yaranmayacaq.

İdris Abbasov
Professor


Xəbər 1802 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +