İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.06.2022  16:27 

“Sən köksən, bunu iç, arıqla” - Masazırda məktəbdə qızlara patı paylayırlar?





A+  A-

Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox “şüşə”, “patı” təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.

Övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına “patı” verildiyini iddia edir.

XəzərNews.az xəbər verir ki, o, bakupost.az -a müraciətində övladına bir qadının bu maddəni verdiyini deyib: “Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, “sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan” deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar”.

Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: “Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, iddialar araşdırılır:

“Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək”.


Xəbər 1015 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +