İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.02.2022  17:50 

Anar Qaraxançallı məhkəməyə verildi





A+  A-

Fevralın 3-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun “Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına baxacaq. İddiada cəmiyyətin təsisçisi olduğu “Yeni avaz” saytının “Facebook” səhifəsində yazılan şərhlər əsas göstərilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Meydan TV-yə saytın baş redaktoru Anar Qaraxançallı danışıb.

O deyib ki, “Tofiq Yaqublu özünə xəsarət yetirib” başlıqlı xəbərə yazılan şərhlərə görə yanvarın 20-də Baş Prokurorluğa çağırılıb: “Məni qəbul edən Hikmət Verdiyevdən çalışdığı orqanın yaydığı xəbərə hər hansı etirazının olub-olmadığını soruşdum. Cavab verib ki, xeyr, onları xəbərə olan yorumlar narahat edir. Dedim ki, sosial şəbəkənin milyonlarla istifadəçisi var, biz başqalarının yazdığına necə cavabdeh ola bilərik? Bu, hüquq anlayışına da ziddir. Sizin məntiqlə interneti, yaxud sosial şəbəkələri qapatmalısınız. Hikmət Verdiyev söylədi ki, xəbəri yayanda belə yorumların olacağını təxmin edirdiniz. Bildirdim ki, sizin məntiqinizlə “Tofiq Yaqublu özünə xəsarət yetirib” başlıqlı xəbəri yayanda da belə şərhlər olacağını düşünürsünüz də? Təəssüf ki, bu suallarıma cavab ala bilmədim”.

Anar Qaraxançallı dindirildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.2 maddəsiylə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə qaydaları əleyhinə) məhkəməyə verildiyini deyib: “İddiaçı tərəf Baş Prokurorluqdur. Biz hüquqlarımızı müdafiə etməyə çalışacağıq və qanunların imkan verdiyi şəraitdə bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Çox güman ki, bizi cərimələyəcəklər. Amma sosia şəbəkədə hər hansı informasiyaya başqalarının yazdığı şərhlərə görə media orqanını məhkəməyə vermək çox utancverici hadisədir. Azərbaycan Şimali Koreyaya istiqamət götürüb, yoxsa Avropaya? Qərar versinlər ki, biz də işimizi bilək”.

Oxşar situasiya ilə yanvarın 24-də bir qrup sosial şəbəkə istifadəçisi də qarşılaşmışdı.

Eyni zamanda, jurnalist Səxavət Məmmədov və “Jamaz.info” saytının redaktoru Fikrət Fərəməzoğlu yazılarına görə hər biri 500 manat cərimə olunublar.

Hər iki jurnalist apelyasiya şikayəti verəcəyini bildirib.

Xəbər 1296 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +