Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


17.06.2021  18:15 

Mərkəzi Bankdan fırıldaqçılıq halları ilə bağlı açıqlama





A+  A-

Ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırılmasını və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə görüşlər keçirilir.
Mərkəzi Bankdan XəzərNews.az-a verilən məlumata əsasən, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-11) Azərbaycanda emissiya olunmuş ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında məlumatlar rüblük əsasda toplanılır və təhlil edilir.

Həmçinin, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılmış şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin həyata keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydaların olması və bu qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilib.

Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirməkdədir.

Xəbər 1217 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +