İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.04.2021  09:56 

Nadir statusunu qınayanları təhqir etdi





A+  A-

Müğənni Nadir Qafarzadənin mərhum Əməkdar artist Baloğlan Əşrəfovla bağlı yazdığı status müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, ifaçının öz instaqram hesabında Əşrəfov barədə yazdığı “Cənnətdə görüşərik” şərhi izləyicilərin qınağına səbəb olub.

Bundan sonra Nadir videoaçıqlama yayaraq onu tənqid edənlərə cavab verib, hətta onları təhqir edib:

“Baloğlan Əşrəfov barədə yazdığım status niyə bu qədər qloballaşdı? Niyə cənnətə düşməyək? “Cənnətlik” sözüm sizin niyə gözünüzə dəydi? Yazmışam ki, siz cənnətə düşün, biz də arxanızca gələk. Bunu düşünmək, anlamaq çox çətindirsə, sizə cənnət qismət olmasın. Heç kim üçün ağlamağa, sızlamağa dəyməzmiş.

Gedin, düşünün ki, kimsiz siz? “Çuşka”lar, “qıjı”lar... Bəli, bu adlar sizə aiddir. Bunu bəzi şərh yazanlara aid edirəm. Allah ölənlərə rəhmət etsin. Başlarını götürüb dırnaqarası azərbaycanlıların əlindən getdilər. Onu-bunu qınayırsız, qeybətini edirsiz, evlərini yıxırsız. Sizin işiniz, gücünüz budur”.

Nadir daha sonra sözügedən açıqlamanı instaqram səhifəsindən silib.

Xəbər 1437 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +