İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.12.2020  12:57 

“Peyvəndlərin qoruyuculuğu 70 faizdir”





A+  A-

“Heç kim fikirləşməsin ki, yoluxub sağalıb, təkrar yoluxa bilməz. Bu, belə deyil. Bizdə elə xəstələr var ki, ilk dəfə koronavirusa yoluxanda yüngül keçiriblər, ikinci dəfə də yoluxub çox ağır formada, təəffüs çatışmazlığı ilə keçirirlər”.
XəzərNews.az xəbər verir ki, bu barədə həkim pulmonoloq Mahal Ələkbərov AZTV-də “Gün başladı” proqramında bildirib.

O qeyd edib ki, xəstələrdə yoluxmanın 28-ci günündən qoruma antiteli yaranır. Lakin həmin antitelin nə qədər qoruyacağını heç kim bilmir: “Bu təxminən 1-2 ay qoruya bilər, ondan çox qoruya bilmir. Ona görə də özümüzü riskə atmamalıyıq, qorumalıyıq. Son vaxtlar peyvəndlərlə bağlı danışılır, lakin bilməliyik ki, bu peyvəndlərin qoruyuculuğu 50-70 faizdir. Bu o deməkdir ki, yenə yoluxma ola bilər”.

Həkim həmçinin əlavə edib ki, əksər hallarda xəstəxanaya müraciət edən xəstələrdə tənəffüs çatışmazlığı olur: “Qanda oksigenin miqdarı düşür, xəstənin saturasiyası da azalır, xəstə yaxınları panikaya düşərək xəstəxanaya müraciət edirlər. Bəzən yüngül keçirən xəstələr də panika səbəbindən xəstəxanada yatmaq istəyirlər. Amma indi xəstəxanalarımızda doluluq səviyyəsi çox yüksəkdir. Orta ağır və ağır xəstələri qəbul etmək məcburiyyətindəyik. Heç də bütün yoluxan xəstələr ağırlaşmırlar. Ümumilikdə virusa yoluxan xəstələrin 80 faizi xəstəliyi ayaqüstə keçirir”.

Xəbər 1621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +