İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.01.2019  09:57 

Minalarla bağlı illik hesabat açıqlandı





A+  A-

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ötən ilin yekunları üzrə hesabat yayıb.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, 2018-ci il ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, İsmayıllı, Lənkəran, Masallı, Naftalan, Qaradağ, Qax, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 45,492,690 m² (4 549.27 ha) ərazi yoxlanılıb, 11,743 ədəd partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada əleyhinə və 17 ədəd tank əleyhinə mina (cəmi 11,789 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənmiş, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2018-ci il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 147 (yüz qırx yeddi), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 134 (yüz otuz dörd), Dövlət Sərhəd Xidmətindən (DSX) - 10 (on), Rayon Polis Şöbələrindən (RPŞ) - 4 (dörd), Rayon İcra Hakimiyyətindən (RİH) – 2 (iki) və Dövlət Təhlükəsizliyi Xidmətindən – 1 (bir) müraciət daxil olub (cəmi çağırış: 298). Müraciətlər əsasında Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xaçmaz, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 412,368 m² ərazi təmizlənib, 5,637 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə və 10 ədəd tank əleyhinə mina (cəmi 5 649 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib

2018-ci ilin ərzində Tərtər və Gədəbəy rayonları ərazisində 2 mina hadisəsi qeydə alınmış, nəticədə 3 mülki vətəndaş bədən xəsarətləri alıb.

Xəbər 980 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +