İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.11.2018  09:57 

Yeyinti məhsulları ilə bağlı bəzi qərarlar dəyişdi





A+  A-

Yeyinti məhsulları ilə bağlı Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilib.
XəzərNews.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun etdiyi dəyişikliklə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə” qərar ləğv edilib.

Həmçinin yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanı (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə (bundan sonra - qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara) riayət edilməsinə nəzarəti həyata keçirəcək.

Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilməyəcək.
Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

Qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanı tərəfindən bu qaydalara uyğun verilmiş qərar və tələbləri icra etmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaq.

Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının vəzifəli şəxsləri hərəkətlərinə, dövlət nəzarətini həyata keçirən orqan isə qəbul etdiyi qərarlara görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaq.

Xəbər 1159 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +