İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.04.2018  12:54 

Yol polisindən sürücülərə tıxaclarla bağlı XƏBƏRDARLIQ





A+  A-

“Paytaxt yollarında yaranan tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə, kompaniya xarakteri daşımayan tədbirlər davam etdirilir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq, sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidir.

“Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla süni tıxacın yaranmasına səbəb olur”.

Onun sözlərinə görə, yol qovşaqlarında hərəkət işıqforlarla, yol nişanları ilə nizamlanır.

“Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur. Sünü olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün əlavə yol polisi tərəfindən naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər”.

Bölmə rəisi deyib ki,, hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir.

“Ancaq hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməli, “tələsirəm” deyib, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır.

Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır”.

Xəbər 925 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +